Ukrayna saytında “Bir kəmər - Bir yol” layihəsində Azərbaycanın əhəmiyyətinə dair geniş məqalə dərc edilib


Digərləri 07 Noy 2018 10:12:00 211 0

Ukrayna saytında “Bir kəmər - Bir yol” layihəsində Azərbaycanın əhəmiyyətinə dair geniş məqalə dərc edilib

Ukrayna saytında “Bir kəmər - Bir yol” layihəsində Azərbaycanın əhəmiyyətinə dair geniş məqalə dərc edilib.

Bakı. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın nüfuzlu “lb.ua” saytında “Çin-Azərbaycan-Gürcüstan-Ukrayna: "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində əməkdaşlığın perspektivləri” sərlövhəli geniş məqaləsi dərc olunub. Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə qeyd olunur ki, "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” enerji layihəsi və Avropa-Qafqaz-Asiya və Çin-İran-Avropa nəqliyyat marşrutlarının həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu marşrutlar müxtəlif tranzit axınlarını Azərbaycanın ərazisində vahid sistemə birləşdirməyə imkan verir. Bu baxımdan Azərbaycan bu layihənin kontekstində Cənubi Qafqazda geosiyasi və nəqliyyat mərkəzidir. "Bir kəmər - Bir yol" layihəsində iştirak edən bütün ölkələri özündə birləşdirən prosesdə Azərbaycan özü mühüm və həlledici geosiyasi, siyasi, mədəni və nəqliyyat məkanına çevrilir. Çünki müxtəlif tranzit marşrutlarını birləşdirərək və geosiyasi bir mərkəz rolunu oynayaraq, ölkəmiz bu marşrutları müxtəlif istiqamətlərdə genişləndirə bilir. Bu baxımdan Azərbaycan "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində Şərqi Avropa ölkələri üçün ən cəlbedici ölkədir. Ekspertlər ölkəmizin mədəni əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün təhlükəsiz, sabit və etibarlı tərəfdaş olduğunu qeyd edirlər.