BANM-da BP-nin “Skills Refinery” Proqramının təqdimatı olub (FOTO)


Digərləri 07 Noy 2018 10:18:00 220 0

BANM-da BP-nin “Skills Refinery” Proqramının təqdimatı olub (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) BP şirkətinin tələbələrin işlə təmin olunma imkanlarının artırılmasına yönəlmiş, yeni qlobal onlayn portal olan “Skills Refinery” (“Bacarıqların təkmilləşdirilməsi”) proqramının təqdimatı keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) BP şirkətinin tələbələrin işlə təmin olunma imkanlarının artırılmasına yönəlmiş, yeni qlobal onlayn portal olan “Skills Refinery” (“Bacarıqların təkmilləşdirilməsi”) proqramının təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimat BP şirkətinin İnsan resursları şöbəsinin məzun və təcrübə proqramları üzrə mütəxəssisi Mehriban Şıxzamanova, işə götürmə üzrə koordinator Səbinə Vəliyeva, insan resursları üzrə daha bir əməkdaş Əli Dəmirzadə və şirkətin sosial investisiyalar üzrə mütəxəssisi Babək Həmidov tərəfindən aparılıb. Təqdimatda BANM-ın “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının tələbələri iştirak ediblər. Təqdimatın əsas məqsədi tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımi bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. “Skills Refinery” tələbələrdə beş bacarıq sahəsində - kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz qabiliyyətlərini sınamaq və inkişaf etdirmək fürsəti verir.