Qüdrət Şükürov qadın hamamını satışa çıxardı FOTO


Digərləri 07 Noy 2018 09:21:00 275 0

Qüdrət Şükürov qadın hamamını satışa çıxardı  FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Lifttəmir" İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarıb.

Son.az xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, o, yaxın ətrafına bildirib ki, təcili olaraq 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır. 

Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən "Womans Secrets" qadın hamam kompleksidir. "Baş liftçi"nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın "Türk hamamına girdim" adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı. 


Xəbərə aid fotolar