Hindistanda havanı süni yağışla təmizləməyi planlaşdırırlar


Digərləri 07 Noy 2018 08:33:00 253 0

Hindistanda havanı süni yağışla təmizləməyi planlaşdırırlar

Hindistanın paytaxtı havanın təmizlənməsi üçün süni üsullarla yaradılan yağış texnologiyasından istifadə ediləcək ilk şəhər ola bilər. Yağıntıya səbəb olan xüsusi maddələr təyyarələr vasitəsilə buludlara səpiləcək.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə çirklənməyə nəzarət üzrə mərkəzi idarənin katibi Praşant Harhava bildirib. "Süni yağışlar havanın çirklənmə probleminin həlli ola bilər. Biz Hindistanın Meteoroloji Departamenti ilə bu imkanları nəzərdən keçiririk", - o, "Economic Times" qəzetinə verdiyi müsahibədə belə deyib.

Praşant Harhavanın sözlərinə görə, hökumət bu əməliyyatı noyabrın 10-dan sonra - əlverişli meteoroloji şəraitin yaranacağı vaxt həyata keçirməyi planlaşdırır.