Cəbrayıl Fərid Statistika Şurasının üzvlüyündən çıxarılıb


Digərləri 07 Noy 2018 08:40:00 249 0

Cəbrayıl Fərid Statistika Şurasının üzvlüyündən çıxarılıb

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının tərkibində dəyişiklik edilib.

Son.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini Cəbrayıl Fərid Zəbiyulla oğlu DSK yanında Statistika Şurasının üzvləri sırasından xaric edilib, eyni zamanda həmin nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini Rəhimli Elşən Moqif oğlu Şura üzvlüyünə qəbul edilib.