NASAnın kosmik aparatı Günəşə çox yaxınlaşdı


Digərləri 07 Noy 2018 08:24:00 294 0

NASAnın kosmik aparatı Günəşə çox yaxınlaşdı

Günəş tacını tədqiq etmək üçün NASA tərəfindən kosmosa göndərilən "Parker Solar Probe" aparatı Günəşə yaxınlaşıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə NASA-dan açıqlama verilib.

"Günəşin ölümcül istisi və radiasiyası ilə qarşılaşan "Parker Solar Probe" kosmik aparatımız Günəşə ilk yaxınlaşmasını həyata keçirib. Aparat günəşin 24 milyon kilometrliyindədir. Bu, rekord göstəricidir", - deyə açıqlamada bildirilib.

NASA-dan bildirilib ki, kosmik zond 343 min kilometr/saat  sürətlə hərəkət edir. Maksimum yaxınlaşma nöqtəsində 19.9 milyon selsi dərəcə qeydə alınıb.