Terminologiya Komissiyası: "İnternetin cəmiyyətə nüfuzunun sürətlənməsi ədəbi dil normalarının qorunmasını çətinləşdirib"


Digərləri 07 Noy 2018 08:30:00 249 0

Terminologiya Komissiyası: "İnternetin cəmiyyətə nüfuzunun sürətlənməsi ədəbi dil normalarının qorunmasını çətinləşdirib"

"Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində dəyişmələrə səbəb olub. Belə ki, ölkə teleradiolarında və digər kütləvi informasiya vasitələrində verilən materiallar ümumi tələblərlə yanaşı, dil normalarına da cavab verməlidir. Ancaq son vaxtlar dünyaya sürətlə açılan ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsini sürətlənməsi nəticəsində ədəbi dil normalarının qorunmasını nəzarətdə saxlamaq çətinləşib".

Son.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

O, belə şəraitdə dilin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi mühüm vəzifələrdən hesab edildiyini bildirib: