Milli valyutanın ucuzlaşması nəticəsində Gürcüstanın xarici dövlət borcu xeyli artıb


Dünya 07 Noy 2018 08:08:00 293 0

Milli valyutanın ucuzlaşması nəticəsində Gürcüstanın xarici dövlət borcu xeyli artıb

Gürcüstanda milli valyutanın ABŞ dolları qarşısında ucuzlaşması nəticəsində ölkənin 2019-cu il dövlət büdcəsi layihəsindəki xarici borcu 395 milyon lari artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ilin dövlət büdcəsinin ilkin variantında Gürcüstanın xarici borcu 15 315 milyard GEL (lari) nəzərdə tutulub. Milli valyutanın kəskin ucuzlaşması fonunda layihənin hazırlanmış yeni variantında isə bu rəqəm 15 710 milyard lari müəyyən olunub.