İsa Həbibbəyli: Müşfiqin güllələndikdən sonra Xəzərə atılması və ya kütləvi məzarda dəfnini təsdiqləyən sənəd yoxdur


Digərləri 07 Noy 2018 07:40:33 228 0

İsa Həbibbəyli: Müşfiqin güllələndikdən sonra Xəzərə atılması və ya kütləvi məzarda dəfnini təsdiqləyən sənəd yoxdur

İsa Həbibbəyli: Müşfiqin güllələndikdən sonra Xəzərə atılması və ya toplu məzarda dəfnini təsdiqləyən sənəd yoxdur İsa Həbibbəyli: Mikayıl Müşfiqin güllələndikdən sonra Xəzərə atılması və ya toplu məzarda dəfn edilməsi barədə məlumatlar xalq yaddaşı əsasında formalaşıb İsa Həbibbəyli: mikayıl Müşfiqin güllələnməsindən sonra baş verənlərlə bağlı 2 versiya var, Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına prezident İlham Əliyev gündəlik nəzarət edir.

Bakı. İlhamə İsabalayeva - Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına Prezident İlham Əliyev gündəlik nəzarət edir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun üzvü, akademik İsa Həbibbəyli deyib. Akademikin sözlərinə görə, Prezident İlham Əliyev işçi qrupa konkret olaraq vəzifələr tapşırıb. Hazırda işçi qrup bu vəzifələrin icrası istiqamətində intensiv iş aparır. İ.Həbibbəyli qeyd edib ki, hazırda AMEA tərəfindən M.Müşfiqə aid arxiv sənədlərinin araşdırılması və məlumatların toplanılması istiqamətində işlər aparılır: "Mikayıl Müşfiqin şəxsi işi bizim əlimizdədir, bu iş bizim tədqiqatçılara məlumdur. Oradakı sənədləri diqqətlə öyrənirik. Komissiyaya onun nəticələri barədə məlumatlar verəcəyik". İşçi qrupunun üzvü əlavə edib ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var: