Gürcüstan hökuməti yeni ailə quranlara hədiyyə verəcək FOTO


Digərləri 07 Noy 2018 07:21:00 247 0

Gürcüstan hökuməti yeni ailə quranlara hədiyyə verəcək  FOTO

Gürcüstan hökuməti yeni ailə quran gənclərə nikah müqaviləsi imzalanan zaman hədiyyə verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyi qərar qəbul edib. Qərara əsasən Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni ailə quranlara Şota Rustavelinin nəfis tərtibatla hazırlanmış "Pələng dərisi geymiş pəhləvan" əsərini hədiyyə edəcək. Bu əsər sevgi, səadət, sadiqlik və bərabərlik rəmzidir. Hədiyyə olaraq bu əsərin seçilməsi, həmçinin gürcü xalqının qədim adət-ənənələrinin bərpası deməkdir. Ənənənin bərpa edilməsi yeni qurulan ailə üçün cehiz dəyərində xəzinə və lazımlı bir atribut olacaq.


Xəbərə aid fotolar