Fırıldaqçılara qarşı mübarizə məqsədilə "ağıllı" bankomat düzəldilib


Digərləri 07 Noy 2018 06:30:00 309 0

Fırıldaqçılara qarşı mübarizə məqsədilə "ağıllı" bankomat düzəldilib

Yaponiyanın "Hitachi-Omron Terminal Solutions" şirkəti fırıldaqçılara qarşı mübarizə məqsədilə süni intellktə malik bankomat düzəldib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni bankomat yalnız görüntünü qeydə alan yox, həmçinin müştərinin hərəkətlərini təhlil edən bir neçə kamera ilə təchiz olunub. Məsələn, əgər müştəri əməliyyat zamanı telefonla danışırsa, bu zaman bankomat işi dayandırır və ekranda bu barədə müvafiq məlumat öz əksini tapır. Eyni hadisə bankomata qara eynək, maska və ya sifətin cizgilərini gizlədən digər örtük taxmış müştəri yaxınlaşan zaman da baş verir. Əvvəlcə onlara həmin aksesuarları çıxarmaq təklif edilir, müvafiq tələb yerinə yetirilmədiyi halda əməliyyatın aparılmasına icazə verilmir.

Yeni texnologiyanı daha da təkmilləşdirməyi planlaşdıran şirkət 2019-cu ildən sonra bu bankomatların kommersiya istehsalına başlamağı planlaşdırır.