Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb


Dünya 07 Noy 2018 04:30:00 351 0

Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb

Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb. Sənəddə deyilir ki, Özbəkistanda kosmik tədqiqatların və texnologiyaların inkişafı üçün lazımi təcrübə, intellektual ehtiyatlar və kosmik infrastruktur mövcuddur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihədə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar üzrə Agentliyin yaradılması nəzərdə tutulur. Agentlikdə elmi-texniki və ekspert şurası fəaliyyət göstərəcək. Şuraya Müdafiə Nazirliyinin, Dövlət Geologiya Komitəsinin, İnnovasiya İnkişaf Nazirliyinin nümayəndələri daxil olacaq.

Proqramın konsepsiyası və layihəsinə görə müvafiq infrastrukturla bağlı obyektlər tikiləcək.