Bakıda məşhur portuqaliyalı rəssamın sərgisi keçiriləcək


Digərləri 07 Noy 2018 03:59:18 268 0

Bakıda məşhur portuqaliyalı rəssamın sərgisi keçiriləcək

Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək.

Bakı. 17-23 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğu tərəfindən portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək. Bu barədə Trend-ə təşkilatçılar məlumat verib. “Carlos Mota yaradıcılığı ilə tanış olduqca biz, maddi və mənəvi hesab etdiyimiz dünya arasında əslində heç bir real fərq olmadığını görə bilərik. Carlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər ərsəyə gələnə kimi müxtəlif duyğulardan ilhamlanır və izləyicilərdə xəyal etmək azadlığını tərənnüm edir. Ərsəyə gələn bu əsərlər müasirliyin nə olduğunu açıq-aydın gözlər önünə sərərək, özündə hərəkət, enerji və həyatı daşıyır.