ABŞ İran şəhərinin adını sanksiyalardan çıxarıb


Digərləri 07 Noy 2018 02:59:00 249 0

ABŞ İran şəhərinin adını sanksiyalardan çıxarıb

Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını İrana qarşı sanksiyalarının siyahısından çıxardıb.

Bakı. Tural Turan - Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını İrana qarşı sanksiyalarının siyahısından çıxardıb. Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur.