Günün qoroskopu: Uğurlarınız sizi sevindirəcək


Digərləri 07 Noy 2018 00:01:00 232 0

Günün qoroskopu: Uğurlarınız sizi sevindirəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısı pis deyil. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz. Problemlərin çözülməsinə başlayın. Aktiv və enerjili olun. Yaxın ətrafınızdakı insanları yeni layihəyə cəlb edin.

Günün ikinci yarısında maraqlı macəra istisna deyil. Yaxın gələcəyinizi planlaşdıranda detalları nəzərə alın, praqmat olun. Normal təklif alsanız, dinləyin. Təşəbbüskarlıq pis deyil.

Axşam saatlarında sakit istirahətə üstünlük verin.  

Buğa - günün ilk yarısında əhvalınız pis olmayacaq. Yeni tanış maraqlı həmsöhbət olacaq. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin. Dinləməyi bacarın. Çoxsaylı faydalı məlumatlar alacaqsınız. Yeni işə başlamaq olar.

Günün ikinci yarısında münaqişə riski artır. Mübahisəyə qatılmayın. Mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hüquqlarınızdan yararlanın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə dözümlü olun. Mənəvi və fiziki ağrılardan qorunmaq üçün həssas davranın.

Əkizlər - müxtəlif miqyaslı və profilli məsələlərin həlli üçün əlverişli zamandır. Planlaşdırma, danışıqlar, müzakirələr və eksperimentlər üçün aktiv olun, süstlüyə qapılmayın. Başladığınız hər işdə gərəkli nəticəyə can atın. Sonuclar pis olmayacaq.

Günün ikinci yarısında səmimi, soyuqqanlı və qayğıkeş olun. Sevdiyiniz insan sizi sevindirmək istəyəcək. Məqsədə çatmaq üçün qətiyyətli davranmaq gərəkdir. Yeni tanışlarla təmasda diqqətli olun.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng - kiçik narahatlıq və gərginlik olacaq. Gün pis deyil. İstirahət və əyləncə zamanı deyil. Başa çatdırılmasını tələb edən işlər var. Önəmli məsələni həll etməyə imkan verən telefon zəngini unutmayın. Həddən artıq gərgin çalışmayın.

Günün ikinci yarısında enerjinizi effektiv nəticə əldə edə biləcəyiniz işə yönəldin. Alış-verişdə texnika, avadanlıq almaq olar. Qacetlər istisna deyil. Avtomobil üçün aksessuarlara pul xərcləməyin.

Axşam saatlarını ailə üzvləri, sevdiyiniz insanlarla keçirin. Gərgin fəaliyyətdən sonra istirahətə ehtiyacınız var.

Şir - günün ilk yarısı sürprizlər və xoş hadisələrlə zəngin olacaq. İşlərin tempini azaltmayın. Niyyətlərinizlə arzularınızı həyata keçirin. Sevincinizi dəyər verdiyiniz insanlarla bölüşün.

Günün ikinci yarısında şəxsi münasibətlərdə zəruri dəyişikliklər və yeniliklər edə bilərsiniz. Tanışlıqlar sürətlə baş tutacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Söhbətin təşəbbüskarı olun. Bir müddət sonra yeni tanış sizə tərəfdaş təklif edəcək.

Axşam saatlarını evdən kənarda keçirin.

Qız - məişət məsələləri ilə məşğul olun. Ailədəki problem həllini tələb edir. Ağır işlərdən yayınmayın. Bu proseslər sizi yormayacaq. Yardıma ehtiyac duyan insana kömək etməyi unutmayın.

Yaxınlarınıza diqqət və qayğınız, yaxşı tanımadığınız insanlara səmimi münasibətiniz cavabsız qalmayacaq. Minnətdarlıq sözləri eşidəcəksiniz.

Günün ikinci yarısında önəmli olayın bilaixtiyar iştirakçısına çevriləcəksiniz.

Axşam saatları sevdiyiniz insanla ünsiyyət üçün münasibdir. Münasibətlərinizi daha səmimi edin.