Namaza təzə başlayan adam hansısa qüsl almalıdırmı?


Digərləri 06 Noy 2018 23:45:00 352 0

Namaza təzə başlayan adam hansısa qüsl almalıdırmı?

Namaza başlamaq üçün xüsusi bir qüsl almağa ehtiyac yoxdur. Amma əgər insanın boynunda qüsl varsa və bu, namaza başlamazdan çox-çox əvvəl də olsa baş veribsə, qüsl almaq lazımdır. Buna görə də evli adam namaza başlamazdan əvvəl bu vaxta kimi etdiyi cinsi əlaqələrin hamısına görə bir dəfə cənabət qüslünün niyyətini edib qüsl almalıdır. Həmcinin, heyz yaşına çatmış qadın o zamana kimi yaşadığı bütün heyzlər üçün bir dəfə niyyət edib heyz qüslü alsın. Yetkinlik əlaməti olan oğlan da o zamana kimi bədənindən sperma çıxma hallarına görə (istər qəsdən, istərsə də qeyri-ixtiyari halda) bir dəfə cənabət qüslü niyyətini edib qüsl almalıdır.