Fatihə surəsinə niyə “qoşa yeddilik” (səbülməsani) deyirlər?


Digərləri 06 Noy 2018 23:20:00 283 0

Fatihə surəsinə niyə “qoşa yeddilik” (səbülməsani) deyirlər?

Quranı-Kərimin ilk surəsi bir neçə adla tanınır. Məsələn, "Həmd" (surə bu sözlə başladığı üçün), "Fatihə" (yəni Quranın açılışı, başlanğıcı), "Ümmül-Kitab" (yəni Quranın məğzi) və s. Bu surənin adlarından biri də "səbül-məsani"dir. Bunun ərəb dilindən tərcüməsi "qoşa yeddilik" deməkdir. Bir nəzəriyyəyə görə, 7 ayədən ibarət olan "Fatihə" surəsi həm Məkkədə, həm də Mədinədə nazil olduğu üçün ona bu adı veriblər. Digər nəzəriyyəyə görə, hər namazın birinci və ikinci rüətlərində bu surəni oxumaq vacib olduğu üçün belə adlanır. Daha bir nəzəriyyəyə görə, surənin içində 7 sözün hərəsi 2 dəfə işlədildiyi üçün ona "qoşa yeddilik" deyirlər.