Ərdoğan İrana qarşı sanksiyalar barədə sərt danışdı


Dünya 06 Noy 2018 23:07:00 240 0

Ərdoğan İrana qarşı sanksiyalar barədə sərt danışdı

Ankara İrana qarşı sanksiyaların tətbiqinin düzgün olduğunu hesab etmir, onlar dünyada balansı pozur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz sanksiyaların tətbiqini düzgün hesab etmirik. Bu addım dünyada balansın pozulmasına yönəlib. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır. Biz imperiya dünyasında yaşamaq istəmirik", - deyə Ərdoğan vurğulayıb.