Borclu müştərinin şəklinin binalara vurulmasına aydınlıq gətirildi


Digərləri 06 Noy 2018 22:43:00 268 0

Borclu müştərinin şəklinin binalara vurulmasına aydınlıq gətirildi

"İstənilən halda borclu müştəriyə qarşı belə bir addımın atılması yolverilməzdir"

Qadın müştərinin borcunun olduğuna görə, "ABC Telecom" Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Yayılan məlumatda qeyd olunur ki, məhkəmə qadının 1583 manat borcunun ödənilməsi ilə bağlı qərar çıxarıb. Məlumatda borcunu ödəmədiyi üçün qadının şəklinin şirkət tərəfindən Səbail rayonu ərazisindəki binalara yapışdırıldığını iddia edilir.

Məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı "ABC Telecom" ilə əlaqə saxlayıb. Şirkətdən yaxın müddətdə sorğumuza cavab veriləcəyi bildirilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "ABC Telecom" MMC-nin sahib olduğu "Kontakt Home" mağazalar şəbəkəsinin operatoru isə  bildirib ki, bu məlumat yanlışdır: "İstənilən halda borclu müştəriyə qarşı belə bir addımın atılması yolverilməzdir. Yayılan məlumat yanlışdır. Çünki aylıq ödəniş müddətinə bir neçə gün qalmış şirkətimiz tərəfindən müştərilərə xəbərdarlıq edilir. Müştəri ödəniş etmədikdə isə bunun səbəbləri araşdırılır".