"Facebook" seçkiyə görə onlarla hesabı bağladı


Digərləri 06 Noy 2018 22:44:00 280 0

"Facebook" seçkiyə görə onlarla hesabı bağladı

"Facebook" şirkəti ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri öncəsi müəyyən dairələrə bağlılığı olmaqda şübhəli bilinən onlarla hesabı bloklayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,bu barədə sosial şəbəkənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, hesabların bağlanması ilə bağlı sosial şəbəkə rəhbərliyinə ABŞ hüquq-mühafizə orqanlarından müraciət daxil olub.