Londonda Qadın Deputatların Dünya Konfransı keçiriləcək


Dünya 06 Noy 2018 21:52:00 249 0

Londonda Qadın Deputatların Dünya Konfransı keçiriləcək

Noyabrın 7-8-də Londonda Qadın Deputatların Dünya Konfransı keçiriləcək. Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniya parlamentinin Qadın və Bərabərlik Nazirliyi ilə birlikdə keçirəcəyi konfransda qadınların siyasi həyatda rolu, bu sahədə səylərinin artırılması mövzularında müzakirələr aparılacaq.