700 dəfə “Taha” sözünü demək, 7 dəfə “İxlas” surəsini oxumaq...


Digərləri 06 Noy 2018 21:55:00 313 0

700 dəfə “Taha” sözünü demək, 7 dəfə “İxlas” surəsini oxumaq...

"Taha" surəsi Quranın 20-ci surəsi olub, 135 ayəyə malikdir. Məkkədə nazil olmuşdur. Bu surədə Allahdan, məaddan, Həzrət Musadan (ə) və Adəmdən (ə) söz açılmışdır. Bu surənin başqa bir adı isə "Kəlim"dir. Çünki bu surədə Həzrət Musa (ə) və Allahla olan söhbətləri bəyan olunmuşdur.

Bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Taha" surəsini oxuyar, Qiyamət günü (ona) bütün mühacir və ənsarların savabı əta olunar".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: ""Taha" surəsini oxumağı tərk etməyin, çünki Allah onu sevir. Hər kim onu oxuyar, onu da sevəcəkdir. Hər kim onu oxumağı davamlı edərsə, Allah Qiyamət günü əməl dəftərini sağ əlinə verər, əməllərindən ağır hesab çəkməz. Ona o qədər savab verər ki, razı qalar". (Tebyan)

Adətən elçiliyə gedən insan oradan razı qayıtmağı arzulayır. Müsbət cavab eşitmək istəyir. Bununla bağlı Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim (Taha) surəsini yazar və yaşıl parçada qərar verər və elçiliyə gedər - elçiliyi rədd olunmaz və hacətinə çatar".