Duşun altında başı tamamilə islatmaq orucu batil edirmi?


Digərləri 06 Noy 2018 21:45:00 281 0

Duşun altında başı tamamilə islatmaq orucu batil edirmi?

Duşun (su şırnağının) altında başı tamamilə islatmaq orucu batil etməz. Bir şərtlə ki, burun və ağız boşluqlarından boğaza su getməsin. Ümumiyyətlə, cəfəri məzhəbinə görə, başı tamamilə suyun içinə salmayınca oruc pozulmaz. Hətta insan dənizdə çimərkən, başını sudan yuxarı saxlasa və ya başının yarısını suya batırsa, orucu düzgündür. Hətta bir qism müctəhidlər başın tamamilə suya batırılmasını da orucu pozan səbəb saymırlar. Məsələn, Ayətullahül-üzma Sistaninin fətvasına görə, başı tamamilə suya batırmaq orucu batil etməz, amma oruclu halda bunu etmək çox bəyənilməz işdir.