Çilinin xarici işlər nazirinin olduğu təyyarə təcili eniş edib


Dünya 06 Noy 2018 21:31:00 242 0

Çilinin xarici işlər nazirinin olduğu təyyarə təcili eniş edib

Avstraliyanın Sidney şəhərindən Çilinin paytaxtı Santyaqoya uçan sərnişin təyyarəsi Melburn şəhərinə təcili eniş edib.

Son.az "Report"a istinadən bildirir ki, buna səbəb kimi Sidneydən qalxandan 3,5 saat sonra baş vermiş və nə olduğu dəqiqləşdirilməyən hadisə göstərilir.

Sərnişinlər arasında Çilinin xarici işlər naziri Roberto Ampuero da olub.