Məsum kimlərə deyilir?


Digərləri 06 Noy 2018 21:40:00 292 0

Məsum kimlərə deyilir?

Məsum kimlərə deyilir? İmamzadələr də məsum olublarmı?

Məsum - günahdan və nöqsandan uzaq deməkdir. Məsumluq Allah tərəfindən insana verilir. Dəqiq surətdə məlum olan budur ki, yalnız peyğəmbərlər və imamlar məsum olmuşlar. Onların məsumluğu məcburiyyət əsasında olmamışdır. Məsumlar günah etməyin çirkinliyini anlayaraq, günaha heç zaman bulaşmamışlar. Allah onları səhv və nöqsandan, unutqanlıqdan da qorumuşdur. İmamzadələrin məsumluğu vacib şərt deyil. Tarixdə peyğəmbərlərin və imamların bəzi övladları günahkar olmuşlar (məsələn, Adəmin (ə) oğlu Qabil, Nuhun (ə) oğlu Kənan, İmam Nəqinin (ə) oğlu Cəfəri-kəzzab).