Bakıda 64 yaşlı kişi itkin düşüb


Digərləri 06 Noy 2018 20:59:47 199 0

Bakıda 64 yaşlı kişi itkin düşüb

Bakı sakini itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 22-də yaşayan Bağırov Rəfail Abiddin oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan atası, 1954-cü il təvəllüdlü Bağırov Abiddin Şakir oğlu noyabrın 5-də səhər saat 06 radələrində evdən çıxıb və naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.