Küçələrdə diləndiyi deyilən məşhur müğənnimiz: "Qayınanam dedi ki, müğənni olmağın az deyil, üstəlik bir şikəst qız da doğmusan" FOTO


Şou-biznes 06 Noy 2018 21:05:00 334 0

Küçələrdə diləndiyi deyilən məşhur müğənnimiz: "Qayınanam dedi ki, müğənni olmağın az deyil, üstəlik bir şikəst qız da doğmusan"  FOTO

Müğənni Samirə Vahabovanın Son.az-a müsahibəsi.

- Samirə xanım, bir müddət əvvəl tanınmış müğənni və teleaparıcı Roza Zərgərli "Bakı vaxtı ilə" verilişində bildirmişdi ki, Samirə xanım səfil həyatı yaşayır, küçələrdə dilənir. Bu doğrudur?

- Allah Roza xanımdan razı olsun. Məni öz verilişinə dəvət etdi, salona aparıb bəzətdirdi, maddi köməklik etdi. Bəli, düz deyir, uzun müddətdir ki, acınacaqlı vəziyyətdə yaşayıram. Səhər olan kimi qonşu iki soğan verir, xəstə qızımla üstünə sumax töküb yeyirik. Ana-bala həmin qonşuya o qədər dua edirik ki... Fitr günündə mənə nəzir də verirlər.

- Müğənnilik sənətini atandan sonra harada çalışmısınız?

- Sənəti atandan sonra kafelərdən birində xadimə olaraq işə başladım. Bir müddət sonra məni işdən çıxardılar. Səbəb kimi isə yaşımı göstərdilər. Yerimə cavan bir qız götürdülər. Bundan sonra çox pis vəziyyətə düşdüm.

- Həyat yoldaşınız çoxdan rəhmətə gedib?

- Bəli, çoxdan rəhmətə gedib. Pis insan deyildi, sadəcə, içki içirdi.

- Bəs Nizami Rəmzi ilə tanışlığınız necə olub?

- Məni Nizami ilə musiqiçi Natiq Nuriyev tanış etmişdi. Nizami dedi ki, bir mahnı yazmışam, amma mənə uyğun səs yoxdur ki, duet oxuyaq. 1976-cı ildən rəhmətə gedən ilə qədər biz toylara bir getdik. Mən Nizami ilə həm qız toylarına gedirdim, həm də kişi toylarına. Nizami rəhmətə gedəndən sonra, demək olar ki, mən də mənən öldüm.

- Nizami Rəmzi ilə oxuduğunuz "Canan" mahnısı daha populyar oldu.

- Biz onunla birlikdə "Simuzərim", "Qardaşım görər gələ bilmərəm mən", "Cəmalə yaxşıdır" və s. mahnıları duet kimi ifa etdik. O qədər mahnı ifa etmişik ki... Hazırda bizim "Canan" mahnımızı bir meyxanaçı xanımla ifa edir.


Xəbərə aid fotolar