Milyonların sevimlisinə çevrildi Ruhdan düşmədi,


Digərləri 06 Noy 2018 20:45:00 237 0

Milyonların sevimlisinə çevrildi  Ruhdan düşmədi,

Rusiyanın Maqadan bölgəsində, dağlarda çəkilmiş video sosial şəbəkələrdə və YouTube-da sürətlə yayılır. Videonu artıq milyonlarla insan izləyib.

Son.az bildirir ki, videoda ana və bala ayıların "macərası" əks olunub.

Qarla örtülmüş sıldırım dağ yamacında olan ana və bala yuxarı, qayanın üzərinə çıxmaq istəyirlər. Güclü, sürətli ana yuxarıya doğru məsafəni asanlıqla qət edir.

Anasının arxasınca yuxarı dırmaşan bala ayı isə sürüşür, aşağı düşür. Lakin o, yenə yuxarı çıxır.

Çəkiliş aparan dron bala ayıya yaxınlaşanda o, qorxur və nəticədə yenə aşağı sürüşür.


Xəbərə aid fotolar