DİQQƏT: Uşaqlarınıza bunları etməyin,


Digərləri 06 Noy 2018 20:24:00 331 0

DİQQƏT: Uşaqlarınıza bunları etməyin,

Körpə yaşlı uşaqların dişlənərək əzizlənməsi nə qədər sərt səslənsə də, bədən xəsarəti yetirmək sayılır. Son.az ARB TV-yə istinadən xəbər verir ki, anormal sevginin nümunələri uzun müddət qalır və səpkilər ən pis halda yolxucu xəstəliklərlə nəticələnir. Pediyatr Səxavət Salayev: "Valideyn bunu əzizləmək üçün etsə də, bilmədən ya əziyyət verir, ya da ki ona infeksiya keçirir. Hər bir kəsin ağzında, nəfəs yollarında çoxlu miqdarda mikroblar var". Psixoloqlar isə bu cür xoşagəlməz əzizləmələrin körpələr üçün mənəvi, psixoloji travma yaratdığını önə çəkir. Psixoloq Nuranə Ağazadə: "İnsanların uşaqlarla münasibətləri onlarda qorxu formalaşdırır və bu qorxu nəticəsində bir sıra xəstəliklər əmələ gəlir. Bu hərəkətlər sonradan böyük bir peşamnlığa səbəb ola bilər".

Son.az  

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto