Qurban Qurbanov: "Qarşıda itiriləsi çox şey var"


İdman 06 Noy 2018 20:16:00 48 0

Qurban Qurbanov: "Qarşıda itiriləsi çox şey var"

- Komandanın ümumi vəziyyəti pis deyil. "Sumqayıt"la oyundan sonra futbolçulara iki gün tam istirahət verdik. Onların çoxdan buna ehtiyacları var idi. Amma bu gün məşqimiz oldu. Çalışdıq ki, çox nüanslara toxunaq. Daha çox nələrə hazır olmalıyıq. Belə bir məşqimiz oldu. Amma ümidimiz böyükdür. Bu gün də şahidi oldum ki, futbolçular həddindən artıq istəklidirlər. Bakıda məğlub olduğumuz görüşdən sonra mətbuat konfransında qeyd eləmişdim ki, hamımız üzgünük. Amma xeyli vaxt keçdi. Bu gün hiss edirəm ki, oyunçular daha yaxşı hazırlıqlıdırlar. Ukraynaya ümidlə gedirik. Düşünürəm ki, futbolçular gözəl oyun və yaxşı nəticə üçün maksimum çalışacaqlar.

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” ilə Ukraynadakı oyununa yollanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdən öncə jurnalistlərin suallarını cavablandırıb. Goal.az xəbər verir ki, brifinqdə 46 yaşlı mütəxəssis öncə komandanın durumu barədə danışıb.

- Bakıda şanssız şəkildə məğlub oldunuz. Rəqib ancaq müdafiə olunurdu. Sizin fikrinizcə, Ukraynada rəqib necə oynayacaq. "Vorskla" hücum futbolu sərgiləsə, "Qarabağ" buna hazırdırmı?

- Rəqibin oyun prinsipi əks hücumlardan oynamaqdır. Bunu çox düzgün yerinə yetirirlər. Biz, ilk növbədə, buna hazırlıqlı olmalıyıq. Amma onların çempionatdakı ev oyunlarını da izləmişik. Oyunun əvvəllərində pressinq etməyi xoşlayırlar. Daha çox meydanın rəqibə aid olan hissəsində oynamaq istəyirlər. Bütün bunlara hazır olacağıq. Amma biz rəqibi müdafiədə oynamağa məcbur etsək, düşünürəm ki, həmin an oyunu müdafiədə quracaqlar. Bizə daha yaxşı nəticə lazımdır. Biz görüşdə daha çox hücum eləyən tərəf olmalıyıq. 

- Komandadakı itkilər barədə nə deyə bilərsiniz? 

- Komandanın heyətində ciddi problem yoxdur. Sadəcə, Ansi Aqolli kollektivlə tam məşqlər etməyib. O, bu gün isinmə hərəkətlərində komanda ilə birgə idi. 

- İtirəcəyi bir şeyi olmayan komanda, adətən, daha təhlükəli olur. "Qarabağ"ın itirəcəyi nəsə varmı?

- Biz oyunlarda çox xal itirdik. Hələ qarşıda itiriləsi çox şey var. Amma biz buna hazır olmalıyıq. Ola bilər ki, rəqib daha da istəkli olsun. Çünki onlar qələbə qazanacağı təqdirdə, 6 xalları olacaq. Ola bilər ki, "Sportinq"lə xalları bərabər olsun. Amma biz yenə də bu matçı düşünürük. Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır. Sadəcə, biz daha da yaxşı oynayıb, yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq. 

- "Qarabağ" ikili oyunların ikincisində daha yaxşı nəticə göstərir. Buna görə səfərdəki matçda xal və xallar qazanmağa ümid etmək olarmı?

- Ukrayna futbolu fərqlidir. Bu komandalar müdafiə olunmaqdan yorulmurlar. Nəticəyə oynamağı bacarırlar. Bizim üçün asan olmayacaq. Mən özüm də dəfələrlə qeyd etmişəm ki, ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. Canlı görürük. Ola bilər ki, bu amil bizə kömək etsin. Amma nəzərə almalıyıq ki, səfərdə oynayırıq və burada azarkeş amili də var. Biz rəqibimizi səhvlərə məcbur etməliyik ki, bu səhvlərdən istifadə edək.  (Report)

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” ilə Ukraynadakı oyununa yollanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdən öncə jurnalistlərin suallarını cavablandırıb. "Report"un əməkdaşının da qatıldığı brifinqdə 46 yaşlı mütəxəssis öncə komandanın durumu barədə danışıb.

- Bakıda şanssız şəkildə məğlub oldunuz. Rəqib ancaq müdafiə olunurdu. Sizin fikrinizcə, Ukraynada rəqib necə oynayacaq. "Vorskla" hücum futbolu sərgiləsə, "Qarabağ" buna hazırdırmı?

- Rəqibin oyun prinsipi əks hücumlardan oynamaqdır. Bunu çox düzgün yerinə yetirirlər. Biz, ilk növbədə, buna hazırlıqlı olmalıyıq. Amma onların çempionatdakı ev oyunlarını da izləmişik. Oyunun əvvəllərində pressinq etməyi xoşlayırlar. Daha çox meydanın rəqibə aid olan hissəsində oynamaq istəyirlər. Bütün bunlara hazır olacağıq. Amma biz rəqibi müdafiədə oynamağa məcbur etsək, düşünürəm ki, həmin an oyunu müdafiədə quracaqlar. Bizə daha yaxşı nəticə lazımdır. Biz görüşdə daha çox hücum eləyən tərəf olmalıyıq. 

- Komandadakı itkilər barədə nə deyə bilərsiniz? 

- Komandanın heyətində ciddi problem yoxdur. Sadəcə, Ansi Aqolli kollektivlə tam məşqlər etməyib. O, bu gün isinmə hərəkətlərində komanda ilə birgə idi. 

- İtirəcəyi bir şeyi olmayan komanda, adətən, daha təhlükəli olur. "Qarabağ"ın itirəcəyi nəsə varmı?

- Biz oyunlarda çox xal itirdik. Hələ qarşıda itiriləsi çox şey var. Amma biz buna hazır olmalıyıq. Ola bilər ki, rəqib daha da istəkli olsun. Çünki onlar qələbə qazanacağı təqdirdə, 6 xalları olacaq. Ola bilər ki, "Sportinq"lə xalları bərabər olsun. Amma biz yenə də bu matçı düşünürük. Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır. Sadəcə, biz daha da yaxşı oynayıb, yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq. 

- "Qarabağ" ikili oyunların ikincisində daha yaxşı nəticə göstərir. Buna görə səfərdəki matçda xal və xallar qazanmağa ümid etmək olarmı?

- Ukrayna futbolu fərqlidir. Bu komandalar müdafiə olunmaqdan yorulmurlar. Nəticəyə oynamağı bacarırlar. Bizim üçün asan olmayacaq. Mən özüm də dəfələrlə qeyd etmişəm ki, ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. Canlı görürük. Ola bilər ki, bu amil bizə kömək etsin. Amma nəzərə almalıyıq ki, səfərdə oynayırıq və burada azarkeş amili də var. Biz rəqibimizi səhvlərə məcbur etməliyik ki, bu səhvlərdən istifadə edək.

Şəhərdə it gəzdirmək qadağan olundu like
  • 06 Noy 20:15  
Dünya Şəhərdə it gəzdirmək qadağan olundu

Çinin bir şəhərində it gəzdirmək qadağan olunub.

arrow Ətraflı
Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir like
  • 06 Noy 20:12  
Dünya Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində "Əcn

arrow Ətraflı
9 dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində like
  • 06 Noy 20:10  
Dünya 9 dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində

Cənubi Qafqazın ən kiçik və ən zəif ölkəsində növbədənkənar parlam

arrow Ətraflı
Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib like
  • 06 Noy 20:09  
Digərləri Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib

Bolqarıstana təşkil olunan ixrac missiyası 6-9 noyabr tarixlərini əhatə e

arrow Ətraflı
Üç illik sevgililər ayrıldılar like
  • 06 Noy 20:06  
Digərləri Üç illik sevgililər ayrıldılar

Türkiyənin iki məşhur siması- aktrisa Berrak Tüzünataçla aktyor Birkan S

arrow Ətraflı
Tovuzda həyətyanı sahədə əl qumbarası tapılıb like
  • 06 Noy 19:58  
Digərləri Tovuzda həyətyanı sahədə əl qumbarası tapılıb

Tovuzun Yuxarı Öysüzlü kəndində həyətyanı sahədə F-1 əl qumbarası a

arrow Ətraflı
100 film “Qızıl nar” uğrunda yarışacaq like
  • 06 Noy 19:57  
Kriminal 100 film “Qızıl nar” uğrunda yarışacaq

IX "START" Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri bə

arrow Ətraflı
Qonşusunu öldürən çobana 17 il cəza verildi like
  • 06 Noy 19:54  
Kriminal Qonşusunu öldürən çobana 17 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə

arrow Ətraflı
Tovuzda əl qumbarası tapıldı  FOTO like
  • 06 Noy 19:48  
Digərləri Tovuzda əl qumbarası tapıldı FOTO

Tovuz rayonunda F-1 əl qumbarası tapılıb.

arrow Ətraflı
Bakıda "Biçmətikmə" müsabiqəsinin finalı keçirildi like
  • 06 Noy 19:45  
Digərləri Bakıda "Biçmətikmə" müsabiqəsinin finalı keçirildi

"Nizami" Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Na

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 06 Noy 19:40  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Noyabrın 7-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Qonşusunu öldürən çobana 17 il cəza verildi like
  • 06 Noy 19:32  
Digərləri Qonşusunu öldürən çobana 17 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə

arrow Ətraflı