Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir


Dünya 06 Noy 2018 20:12:00 236 0

Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu" haqqında qanuna nəzərdə tutulan düzəlişlər ikinci oxunuşda müzakirə olunub.

Son.az report-a istinadən bildirir ki, hakim Gürcü Arzusu Partiyası tərəfindən hazırlanmış qanun layihəsi ilə ölkədə əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir.

Layihəyə əsasən, xarici vətəndaş Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün 100 min dollara yaxın dəyəri olan daşınmaz əmlak almalıdır. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ ən azı 35 min dollar təşkil edir. Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.

Bununla yanaşı, Gürcüstanda yaşayış izninin alınması üçün investisiyaların minimal həcmi 300 min lari əvəzinə, 300 min dollar həcmində müəyyən olunub. Yaşayış icazəsi haqqında sənəd qeyri-müəyyən müddətə deyil, yalnız 5il müddətinə təqdim olunacaq.