Piyadanı vurmamaq üçün qarşı yola çıxdı, başqa maşınla toqquşdu:


Digərləri 06 Noy 2018 19:42:00 250 0

Piyadanı vurmamaq üçün qarşı yola çıxdı, başqa maşınla toqquşdu:

Quba rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə Quba-Qonaqkənd yolunun rayonun Qam-qam kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı, 38-BC-973 dövlət qeydiyyatı nişanlı avtomobil hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmaqdan yayınmaq üçün yolun qarşı tərəfinə keçib və "VAZ-21015" markalı minik maşını ilə toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobildə olan, hələlik adı məlum olmayan qadın sərnişin yaralanıb. O, ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.