Rusiya Prezidentinin “Şücaətə görə” medalı ilə mükafatlandırdığı azərbaycanlı Oleq Məhərləmov kimdir?


Digərləri 06 Noy 2018 19:36:00 322 0

Rusiya Prezidentinin “Şücaətə görə” medalı ilə mükafatlandırdığı azərbaycanlı Oleq Məhərləmov kimdir?

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən Moskvada Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunan azərbaycanlı həkim Oleq Məhərləmov haqqında məqalə yaradılıb (https://az.wikipedia.org/wiki/Oleq_M%C9%99h%C9%99rl%C9%99mov)

MEK-dən Son.az-a bildiriblər ki, məqalədə azərbaycanlı həkimin həyatı, ailəsi və 2002-ci il oktyabrın 23-26-da Dubrovkada Moskva Teatr mərkəzində törədilən terror zamanı insanlara kömək etmək naminə göstərdiyi şücaət haqqında məlumat verilib.