Dünyanın ən nüfuzlu yəhudilərindən biri Azərbaycandakı tolerantlığı təriflədi FOTO


Digərləri 06 Noy 2018 19:10:00 245 0

Dünyanın ən nüfuzlu yəhudilərindən biri Azərbaycandakı tolerantlığı təriflədi  FOTO

"Appeal of Conscience" ("Vicdana çağırış") Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, dinlərarası dialoqun dərinləşməsində rolu, həyata keçiridiyi layihələrlə bağlı müzakirələr aparılıb.

NGBM-dən Son.az-a verilən məlumata görə, Mərkəzin təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumlarının xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etdiyi vurğulanıb. Azərbaycanda çoxəsrlik tolerantlıq ənənlərinin yəhudi və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rola malik olduğu qeyd olunub. Azərbaycanın antisemitizm meyillərinin heç vaxt özünə yer tapmadığı nadir ölkələrdən biri olduğu qeyd edilib. ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqa hücumun bütün dünya tərəfindən qınağa tuş gəldiyi vurğulanıb. Belə bir həssas dövrdə mərkəzin müxtəlif konfessiyalar arasında birlik və həmrəylik ideyalarını təbliğ etməsinin təqdirəlayiq olduğu bidirilib.


Xəbərə aid fotolar