"TVyə baxılmamasının günahı aparıcılardadır"


Şou-biznes 06 Noy 2018 19:04:00 249 0

"TVyə baxılmamasının günahı aparıcılardadır"

Tanınmış aparıcı Murad Əzimzadə Televiziya və Radio Günü ilə bağlı açıqlama verib.

Son.az xəbər verir ki, oxu.az-a  danışan aparıcı öncəliklə həmkarlarına bu gün münasibətilə təbrik ünvanlayıb:

"Bu gün Teleradio əməkdaşların peşə bayramıdır. Bu münasibətilə radio və televiziya işçilərini təbrik edirəm. Teleradio şirkətləri efirdə üzü görünən, radioda səsi eşidilən insanlardan ibarət deyil. Onların arxasında yüzlərlə insan əməyi durur. Əsl təbrik həmin kadrarxasında olan şəxslərə düşür. Onlar görünmürlər, amma həmişə çalışırlar - xadiməsindən tutmuş, sürücüsünə kimi".

Aparıcı söyləyib ki, yerli TV-lərə marağın azalmasının səbəbi sosial şəbəkələr və yaxşı məhsul hazırlaya bilməyən TV əməkdaşlarıdır.

"Peşəkar fəaliyyətə 10 il öncə başlamışam. Bu illər ərzində çox şey dəyişib. Təəssüflər olsun ki, mənfi məqamlar daha çoxdur. Bu da onunla bağlıdır ki, tamaşaçılarımız yerli TV-lərdən uzaq düşüb. Çünki əvvəllər sosial media az istifadə olunurdu.