Sumqayıtda "KamAZ" iki piyadanı vurdu,


Digərləri 06 Noy 2018 19:05:00 353 0

Sumqayıtda "KamAZ" iki piyadanı vurdu,

Sumqayıtda "KamAZ" iki piyadanı vurub.

DİN-dən Son.az-a verilən məlumata görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi "KamAZ-55111" markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.