Azərbaycan Brüsseldə rəqəmsal inkişafla bağlı konfransda təmsil olunur (FOTO)


Digərləri 06 Noy 2018 19:06:00 348 0

Azərbaycan Brüsseldə rəqəmsal inkişafla bağlı konfransda təmsil olunur (FOTO)

Brüsseldə “İSSE-2018” konfransı keçirilir

Bakı. Belçikanın paytaxtı Brüssel şəhərində “İSSE-2018” konfransı öz işinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, 6-7 noyabr tarixlərində keçirilən konfransda ölkəmizi nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil edirlər. Açılış nitqi ilə e-İdentifikasiya və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının başçısı Con Şamah qonaqları salamlayıb. Daha sonra “Microsoft” şirkətinin Bulud İdentifikasiyası və Məxfi Xidmətlər üzrə direktoru Ronni Bicons, “İBM” şirkətinin Müəssisə Təhlükəsizliyi arxitektoru Kristian Peters, “Microsoft” şirkətinin İdentifikasiya üzrə baş arxitektoru Kim Kemeron və digərləri müxtəlif mövzularda çıxışlar edib. Tədbirdə panellər üzrə müxtəlif mövzular müzakirə olunur: “Bank sektorunda rəqəmsal transformasiya”, “FutureTrust” layihəsi çərçivəsində gələcək pilot layihələr, “Rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri”, “Məlumatların mühafizəsi və məxfilik”, “Qanunvericilik sahəsində çətinliklər və həllər”, “eİD və rəqəmsal sertifikatlar”, “Süni intellekt səmərəli transformasiyaya necə təsir göstərir?”, “2019-cu il və gələcək üçün kibertəhlükəsizlik çağırışları” və s. Panellər üzrə müzakirələrdən sonra “dəyirmi masa”lar keçirilir. Avropa Etibar Fondu, “FutureTrust”, “Lightest”, “FutureİD” kimi qlobal miqyaslı layihələrin rəhbərləri və iştirakçıları öz təcrübə və biliklərini konfransda iştirak edən qonaqlarla bölüşür.