Kriminal avtoritetin həbs müddəti uzadıldı


Kriminal 06 Noy 2018 18:48:00 233 0

Kriminal avtoritetin həbs müddəti uzadıldı

Nərimanov Rayon Məhkəməsində Cəlilabad rayonunda kriminal aləmdə "Şahin" kimi tanınan rayon sakini Şahin Həsənov, onun qardaşı Səxavət Həsənov və İlqar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Son.az report-a istinadən bildirir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib. Hər üç şəxsin həbs müddəti daha 3 ay artırılıb.