"Boş –boş danışmayın…"


Digərləri 06 Noy 2018 18:33:00 249 0

"Boş –boş danışmayın…"

Müğənni Ziynet Sali Ahmet Kuralın ona görə Sıla Gencoğlunu döyməsi barədə yayılan iddialardan sonra ilk dəfə görüntülənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi çəkilişə gedərkən Türkiyə KİV nümayəndələrinin suallarını cavabsız qoyub.

Əvvəlcə ifaçının köməkçisi paparassilərə mane olaraq Ziynetin görüntülənməsinə etiraz edib. Müğənni daha sonra müxbirlərin "Sıla və Ahmet Kuralın sizə görə dava etdiyi deyilir, nə düşünürsüz" sualına "Dostlar, boş-boş danışmayın" deyərək gərgin bir halda ərazidən uzaqlaşıb.