"Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək"


Siyasət 06 Noy 2018 18:13:00 244 0

"Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək"

Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

E.Aşırlı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıtmağın həsrəti ilə yaşayırlar:

"Düşmən bilməlidir ki, bu həsrətlə yaşayan Azərbaycan xalqı heç bir zaman işğalla barışmayacaq. Azərbaycan xalqı mərd xalqdır və torpaqlarımızın işğal altında qalması ilə barışa bilməz. Aprel döyüşləri də Azərbaycan xalqının mərdliyini, igidliyini nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin də vurğuladığı kimi, aprel döyüşlərindən sonra işğalçı ölkə bir daha özünə gələ bilməyib. Ermənistan ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilməyib".

Analitik qeyd edib ki, Ermənistan siyasi, iqtisadi, mədəni, hərbi, həmçinin demoqrafik baxımdan böhran içərisindədir:

"Lakin belə görünür ki, işğalçı ölkə bütün bunlardan dərs çıxartmayıb. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sərt bəyanatlar səsləndirməsi göstərir ki, o da bundan əvvəlki kriminal rejimin səhvlərini təkrarlayır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, yeni hökumət köhnə diktatura rejiminin yolunu getməməli və qoşunları işğal altında olan Azərbaycan torpaqlarından çıxartmalıdır. Əks halda Ermənistan növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahid olacaq ki, bu da işğalçı ölkənin sonu deməkdir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz heç bir zaman icazə verməyəcəyik ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövləti yaransın".