“Coğrafiya” dərsliyinin müəllifləri iradlara münasibət bildiriblər


Digərləri 06 Noy 2018 18:14:00 277 0

“Coğrafiya” dərsliyinin müəllifləri iradlara münasibət bildiriblər

Orta məktəblərdə istifadə edilən VI sinif “Coğrafiya” dərsliyinin müəllifləri həmin dərslikdə yer almış və müzakirəyə səbəb olmuş fikirlərlə bağlı rəylərini açıqlayıblar.

Bakı. İlhamə İsabalayeva - Orta məktəblərdə istifadə edilən VI sinif “Coğrafiya” dərsliyinin müəllifləri həmin dərslikdə yer almış və müzakirəyə səbəb olmuş fikirlərlə bağlı rəylərini açıqlayıblar. Qeyd edək ki, “Coğrafiya” dərsliyinin 43-cü səhifəsində yazılıb: "Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranıb". Trend-in məlumatına görə, həmin dərsliyin müəllifləri olan Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanova bildiriblər ki, müvafiq cümlə dərsliyin “Dünya ölkələri” hissəsində, dünya ölkələrinin coğrafi mövqeyinin müzakirəsi kontekstində yer alıb. Burada dünya ölkələrinin coğrafi mövqelərinin əlverişli-əlverişsiz olması şərh edilir və misal kimi, yuxarıdakı cümlələr qeyd edilir.