"Lazım gəlsə, cangüdənlə gəzəcəm" Anar


Şou-biznes 06 Noy 2018 17:45:00 248 0

"Lazım gəlsə, cangüdənlə gəzəcəm"  Anar

Xoşum gəlir girib sosial şəbəkədə baxım kim-kimə söz atdı, nə etdi. Boynuma alıram ki, saxta profilim var, hamını izləyirəm. Pozitiv ab-hava verənləri həqiqi profilimlə izləyirəm. Amma kimisə nəzarətdə saxlamalıyam, onu saxta səhifəmlə izləyirəm ki, birdən çərçivəsindən çıxar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev "X maqazin"ə açıqlamasında deyib. Stilist onun haqqında mənfi sözlər deyən xalq artistindən danışıb: "Xalq artistləri var ki, mənə paxıllıq edirlər. Mən müğənni, rejissor deyiləm axı. Qürur duyun ki, dünyada seçildim. Həmin xalq artistlərinin adını çəkməyim, reklam olarlar. Bundan sonra çərçivə qoyacam, lazım gəlsə, cangüdənlə də gəzəcəm.  Hələ Braziliyaya getməzdən əvvəl, Peris Hilton məni izləməyə başlayanda bir xalq artisti demişdi ki, saxtadır. Həmin xalq artistinin sənəti mənim yaşım qədərdir. Bu reklamlara mən bir manat xərcləməmişəm".

Son.az