Müdafiə Nazirliyi təkzib etdi: "Ermənistana zəng edən..."


Siyasət 06 Noy 2018 17:29:31 252 0

Müdafiə Nazirliyi təkzib etdi: "Ermənistana zəng edən..."

Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib.

Məlumatda qeyd olunur ki, Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

Son.az xəbər verir ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlaması ilə bağlı Müdafiə Nazirliyindən femida.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, nazirliklər arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil: 

"Düşənbədəki danışıqlara əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".