İraqda 200dən çox kütləvi məzarlıq tapılıb


Dünya 06 Noy 2018 17:32:00 315 0

İraqda 200dən çox kütləvi məzarlıq tapılıb

İŞİD terror qruplaşmasının nəzarəti altında olan İraq regionlarında kütləvi məzarlıqlar aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hazırladığı hesabatda deyilir. Hesabatda qeyd edilir ki, BMT mütəxəssisləri İraq hökumətinin məlumatına əsaslanaraq 202 kütləvi qəbir yerlərini sənədləşdiriblər. 

Onların əksəriyyətinin Naynava, Kərkük, Salah-ad-din və Ənbar əyalətlərində yerləşdiyi qeyd edilir. Həmin yerlərdə ümumilikdə 6000-dən 12 000-ə qədər qurbanın basdırıldığı ehtimal edilir. Basdırılanlar arasında qadınlar, uşaqlar, yaşlılar, iraqlı hərbçi və polislər də var.