Həyat yoldaşının boğazını kəsən şəxsə hökm oxundu


Digərləri 06 Noy 2018 17:29:21 207 0

Həyat yoldaşının boğazını kəsən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 7 il 10 ay azadlıqdan məhrum edilib.