Bakı-Zabrat-Sumqayıt dəmir yolunun çəkilməsi işlərinin yarıdan çoxu görülüb - TƏFƏRRÜATLAR


Digərləri 06 Noy 2018 17:36:00 292 0

Bakı-Zabrat-Sumqayıt dəmir yolunun çəkilməsi işlərinin yarıdan çoxu görülüb - TƏFƏRRÜATLAR

Bakı dairəvi dəmir yolunun 63,6 kilometr hissəsi yenidən qurulub.

Bakı. Ceyhun Ələkbərov - Bakı dairəvi dəmir yolunun 63,6 kilometr hissəsi yenidən qurulub, 13 dəst yoldəyişən qurğular yeniləri ilə əvəz edilib. Bunu Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib. S.Qədirovanın sözlərinə görə, Sumqayıt şəhərinin sərnişin stansiyasında yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir: "Görülən işlərlə yanaşı, stansiyada yeraltı piyada keçidi tikilərək istifadəyə verilib. Sumqayıt sərnişin stansiyasından Güzdək stansiyası istiqamətində 5,5 kilometr ikinci yol tikilib, hazırda tamamlanma işləri aparılır”. Şöbə rəisi Sabunçu, Zabrat, Kürdəxanı və Məhəmmədidə görülən işlər barədə də məlumat verib: “Sabunçuda stansiya binası yenidən tikilir, yollar 2,85 metr hündürlüyə qaldırılır. Piyadalar üçün nəzərdə tutulan iki keçidin biri artıq tikilib, digəri isə bitmək üzrədir. Sabunçu və Məhəmmədidə avtomobillər üçün yeraltı keçidin inşası davam etdirilir. Zabrat-2 stansiyası yenidən inşa olunur, Kürdəxanıda isə yerüstü piyada keçidinin tikintisi davam etdirilir”. O əlavə edib ki, ümumilikdə layihə üzrə 101,2 km yolun əsaslı təmiri və 5,5 km 2-ci yolun tikintisi, eləcə də 56 dəst yoldəyişən qurğuların yenidən quraşdırılması işlərinin görülməsi planlaşdırılır: