Sərhədçilər qayıqla İrana narkotik keçirmək istəyən şəxsləri saxlayıblar (FOTO)


Digərləri 06 Noy 2018 17:15:00 240 0

Sərhədçilər qayıqla İrana narkotik keçirmək istəyən şəxsləri saxlayıblar (FOTO)

İrana narkotik keçirmək istəyən 2 nəfər saxlanılıb.

Bakı. İrana narkotik keçirmək istəyən 2 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, noyabrın 4-də saat 15:25 radələrində DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonu Şahağacı kəndi istiqamətində İİR-dən AR-ə doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edil­mişdir. Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanmış və İİR sularına doğru geri üzmüşdür. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülmüşdür. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılmış, qayığın dayandığı koordinat­lar­da suya keçirilmiş baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülmüşdür.