Çexiya nümayəndə heyəti “Azərxalça”nın İsmayıllı filialında olub (FOTO)


Digərləri 06 Noy 2018 16:54:00 258 0

Çexiya nümayəndə heyəti “Azərxalça”nın İsmayıllı filialında olub (FOTO)

Çex Respublikasının Cənubi Çexiya regionunun nümayəndə heyəti İsmayıllı rayonuna 3 günlük səfər edib.

Bakı. Çex Respublikasının Cənubi Çexiya regionunun nümayəndə heyəti İsmayıllı rayonuna 3 günlük səfər edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin regionun Qluboka şəhərinin meri Tomas Sirşanın rəhbərlik etdiyi, rəsmi şəxslərin və sahibkarların təmsil olunduğu nümayəndə heyəti səfər çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı ilə də tanış olub. Qonaqlara məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2016-2018-ci illərdə respublikamızın bölgələrində 11 filialı fəaliyyətə başlayıb. İsmayıllı filialı bu ilin avqust ayında Azərbaycan Prezidentinin iştirakı ilə istifadəyə verilib. Filial binasında 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Xalça-satış salonunda xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçirilir. Bildirilib ki, hazırda filialda müxtəlif ölçülü 43 dəzgahda 80-dən çox toxucu çalışır. Toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir.