DİM: Dövlət qulluğunda işləmək üçün 60 yaşdan yuxarı yalnız 1 nəfər imtahan verib, o da...


Digərləri 06 Noy 2018 16:47:00 226 0

DİM: Dövlət qulluğunda işləmək üçün 60 yaşdan yuxarı yalnız 1 nəfər imtahan verib, o da...

Oktyabrın 28-də inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Oktyabrın 28-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 846 nəfəri kişi, 610 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 767 nəfər (qeydiyyatdan keçənlərin 90.6%-i), qadınlar üzrə isə 567 nəfər (qeydiyyatdan keçənlərin 93%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə cəmi 1 nəfər (qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri imtahanı uğurla keçib.