Bu marşrutlarda pulsuz "WiFi" olacaq


Digərləri 06 Noy 2018 16:38:00 242 0

Bu marşrutlarda pulsuz "WiFi" olacaq

"Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin "BakıKart" ödəniş kartını qəbul edən bütün marşrut avtobusları ödənişsiz "Wi-Fi" xidməti ilə təmin olunacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Qeyd olunur ki, "Wi-Fi" xidməti ümumilikdə 9 marşrut üzrə hərəkət edən 164 avtobusda işə salınacaq.